Dünyanın ən bahalı futbol klublarının SİYAHISI

22:23 - 31 May 2023 - İDMAN

Forbes dünyanın ən bahalı futbol klublarını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, ilk üçlüyə “Real Madrid”, “Mançester Yunayted” və “Barselona” daxil olub. "Real Madrid" Forbes jurnalına görə 2023-cü ildə dünyanın ən dəyərli 30 klubunun reytinqinə başçılıq edir.

Forbes İspaniya klubunun dəyərini 6,07 milyard dollar qiymətləndirib. İkinci və üçüncü yerləri müvafiq olaraq “Mançester Yunayted” (6 milyard dollar) və “Barselona” (5,51 milyard dollar) tutur.

Ümumilikdə İngiltərə Premyer Liqasından altı klub ilk 10-luğa, Şimali Amerika MLS-dən isə yeddi komanda ilk 30-luğa daxil olub.

İlk 20-liyə daxil olan klubların orta dəyəri keçən illə müqayisədə 14% artaraq 2,89 milyard dollar təşkil edib.

2022-ci ildə “Real Madrid” (5,1 milyard dollar) reytinqə başçılıq edib, “Barselona” (5 milyard dollar) isə “Mançester Yunayted”i (4,6 milyard dollar) qabaqlayırdı.

Forbes jurnalına görə dünyanın ən bahalı 10 klubu

1. "Real Madrid" - 6,07 milyard dollar

2. “Mançester Yunayted” – 6 milyard dollar

3. "Barselona" - 5,51 milyard dollar

4. "Liverpul" - 5,29 milyard dollar

5. “Mançester Siti” – 4,99 milyard dollar

6. “Bavariya” – 4,86 ​​milyard dollar

7. "Paris Saint-Germain" - 4,21 milyard dollar

8. “Çelsi” – 3,1 milyard dollar

9. "Tottenhem Hotspur" - 2,8 milyard dollar

10. "Arsenal" - 2,26 milyard dollar

Xəbər xətti