"Bavariya" Nagelsmannı istefaya göndərdi, yerinə Tuxel gəldi

22:17 - 24 Mart 2023 - İDMAN

"Bavariya" baş məşqçisi Julian Nagelsmannı istefaya göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya"nın baş direktoru Oliver Kan və idman direktoru Hasan Salihamidziç prezident Herbert Haynerlə məsləhətləşdikdən sonra bu qərara gəliblər.

Komandanın baş məşqçisi postunda 35 yaşlı Nagelsmanı 49 yaşlı Tomas Tuxel əvəz edəcək. O, 30 iyun 2025-ci il tarixinədək müqavilə imzalayıb və 27 mart bazar ertəsi ilk dəfə komanda məşqini keçirəcək.

Nagelsmann ilə birlikdə köməkçi məşqçilər Benjamin Gluck, Xavier Zembrod və Dino Toppmeller azad edilib.

Xəbər xətti