"Barselona" CL-dan kənarlaşdırıla bilər - UEFA istintaqa başlayıb

19:38 - 23 Mart 2023 - İDMAN

UEFA hakim rüşvətxorluğu ilə bağlı "Barselona"ya qarşı istintaqa başlayıb

Ucnoqta.az xəbər verir ki, UEFA-nın intizam və etik qurumu İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya edilən ödənişlərlə bağlı "Barselona"nı araşdırmaq üçün müfəttişlər təyin edib.

Prokurorlar hesab edirlər ki, klub 2001-2018-ci illər arasında Neqreiraya 7 milyon avrodan çox pul ödəyib. Neqreyra özü bunun hakimlik məsləhəti üçün ödəniş olduğunu iddia edib. Klub da hər hansı qanun pozuntusunu inkar edib. 

İspaniya məhkəməsinin qərarından asılı olmayaraq "Barselona" Çempionlar Liqasından bir mövsümlük kənarlaşdırıla bilər.

UEFA nizamnaməsinə uyğun olaraq, klubun matçın nəticələrinə birbaşa və ya dolayısı ilə təsir göstərməyə cəhd etdiyini hesab edərsə, sanksiya verilməsində heç bir məhkəmənin qərarına əsaslanmağa borclu deyil.

Xəbər xətti