"Səudiyyə Ərəbistanı çempionatı Premyer Liqa deyil, ..." - Ronaldo

10:06 - 23 Mart 2023 - İDMAN

Portuqaliyalı hücumçu Əl-Nasr Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının səviyyəsini dəyərləndirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sportskeeda məlumat yayıb.

“Səudiyyə Ərəbistanı çempionatı Premyer Liqa deyil, sizə yalan danışmaram. Amma bu, məni xoş təəccübləndirən bir liqadır. Bu turnirin gələcək illərdə çox böyük liqaya çevrilmək potensialı var, çünki onun rəhbərləri təkmilləşməkdə davam etmək istəyirlər”, - Ronaldo bildirib.

Qeyd edək ki, 38 yaşlı futbolçu 2023-cü ilin yanvarında “Əl Nəsr”ə keçib.

Xəbər xətti