Rusiyada general 20 il azadlıqdan məhrum edildi

11:38 - 22 Mart 2023 - DÜNYA

Rusiya İstintaq Komitəsinin generalı Muzraev qubernatorun evinin yandırılması ilə törədilmiş terror aktına görə 20 il azadlıqdan məhrum edilib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib. Cənub Dairə Hərbi Məhkəməsi Rusiya İstintaq Komitəsinin  Volqoqrad vilayəti üzrə idarəsinin keçmiş rəisi, general-leytenant Mixail Muzrayevi Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovin evində uğursuz yanğından sonra terror aktını təşkil etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edib.

Məhkum ədliyyə general-leytenantı xüsusi rütbəsindən və dövlət təltiflərindən məhrum edilir. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (“Bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə törədilmiş terror aktı”), 285-ci (“Vəzifə səlahiyyətlərindən sui-istifadə”) və 222-ci (“Qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə”) maddələri ilə təqsirli bilinib.

Xəbər xətti