Çin ABŞ-ı yerə enmiş hava şarının qalıqlarını qaytarmağa çağırıb

13:00 - 7 Fevral 2023 - DÜNYA

Çin hökuməti ABŞ səmasında vurulmuş meteoroloji zondun qalıqlarının geri qaytarılmasını tələb edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə respublikanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir daha Çinin pilotsuz hava şarının yalnız mülki məqsədlər üçün nəzərdə tutulduğuna və ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaratmadığına diqqət çəkib.

"Bu hava şarı ABŞ-a deyil, Çinə məxsusdur. Çin hökuməti öz qanuni hüquq və maraqlarını qətiyyətlə qorumağa davam edəcək", - o deyib. 

Qeyd edək ki, fevralın 4-də Çin meteoroloji zondu Cənubi Karolina sahillərində ABŞ hava məkanında vurulub. 

Emin

Xəbər xətti