Bakıda bu küçədə yolun bir hissəsi bağlanıb

22:19 - 27 Yanvar 2023 - Xəbər

Bakıda bu küçədə yolun bir hissəsi bağlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik!”, - deyə baş inspektor bildirib.

Xəbər xətti