Faciədən bir neçə saat əvvəl bu fotonu çəkiblər...

Yanvarın 21-nə keçən gecə "Park Qusar" hotelindəki koteclərdən birində baş vermiş dəhşətli yanğında ailə üzvləri ilə birgə həyatını itirən Emin Babayevin son fotosu üzə çıxıb.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi fotoda E. Babayev oğlu Raufla birgə yer alıb. Xanımı Zülfiyyə Babayevanın lentə aldığı şəkildə fəciəyə səbəb olan kamin də kadra düşüb. 

Foto ilə bağlı daha bir təsirli məqam isə E.Babayevin illər sonra vatsap profilində sözügedən şəkildən istifadə etməsidir. Yaxınlarının sözlərinə görə,o, uzun müddət sonra yanvarın 21-nə keçən gecə vatsapdakı şəklini dəyişərək oğlu ilə olan bu fotosunu paylaşıb. 

Qeyd edək ki, hadisədə vəfat edən Rauf Babayev ADA-nın tələbəsi olub. O, universitetə 670 balla qəbul olunubmuş.

Xatırladaq ki, hadisə nəticəsində E.Babayev, onun həyat yoldaşı Zülfiyyə Babayeva və ailənin yeganə övladı, 2005-ci il təvəllüdlü Rauf da dünyasını dəyişib. Həmçinin kotecin digər mərtəbəsində olan 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov da yanğında vəfat edib. Bundan başqa, 6 nəfər - 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova isə xəsarət alıb.

Prokurorluğun açıqladığı ilkin məlumatda yanğının istirahət mərkəzində yerləşən kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi qeyd edilib.

 

Tarix
24 Yanvar 2023 [13:55]
Müəllif
Üç nöqtə
2023-01-24 13:55:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin