Bakıda hamilə qadın öldü - YENİLƏNİB

17:25 - 1 Dekabr 2022 - HADİSƏ

TƏBİB 5 aylıq hamilənin ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.

Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.

Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.

09:25

Bakıda hamilə qadın ölüb.


Hadisə Binəqədi rayonu II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.

2002-ci il təvəllüdlü Nəzrin Həsənov hamiləliklə əlaqədar qanaxmaya düşərək ölüb. Onun 5 aylıq hamilə olduğu bildirilib

Araşdırma aparılır.///apa

 

Xəbər xətti