MMC və QHT əməkdaşlıq müqaviləsi imzaladı

15:56 - 30 Noyabr 2022 - Xəbər

"Legal Life" MMC və "Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyi qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb.

29 noyabr 2022-ci il tarixində "Legal Life" MMC və "Qeyd Sosial Maarifləndirmə" İctimai Birliyinin nümayəndələrinin rəsmi görüşü keçirilib.

Görüşdə cəmiyyətdə mövcud problemlər müzakirə edilib, sosial və hüquqi maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Bu istiqamətdə aparılan fikir mübadiləsi qarşılıqlı əməkdaşlıq barədə müqavilənin imzalanması ilə yekunlaşıb.

Tərəflər iki tərəf arasındakı əməkdaşlığın əhəmiyyətini və müsbət təcrübəsini nəzərə alaraq, qarşılıqlı anlaşmanın və dostluq əməkdaşlığının gələcəkdə gücləndirilməsi məqsədilə, bərabərlik və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək və dəstəkləmək barədə razılığa gəliblər.

Sənəddə sosial, hüquqi, maarifləndirmə və təkmilləşdirmə layihələrinin hazırlanması, təşkil edilməsi və birgə iştirak, əməkdaşlığın məqsədinə xidmət edən müxtəlif mövzularla bağlı birgə yığıncaqlar, konfranslar, kurslar, seminarlar, təlimlər və sərgilərin keçirilməsi nəzərdə tutulub. Tərəflər əməkdaşlığın təkcə Bakı üzrə yox, bölgələr üzrə də genişləndirilməsi barədə danışıqlar aparıb.

Xəbər xətti