Vasif Talıbovun qardaşı saxlanıldı - FOTO

21:43 - 29 Noyabr 2022 - Xəbər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması barədə xəbər yayılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, Məhərrəm Talıbov Naxçıvandakı anti -korrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Saytın əməkdaşının Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırıb.
Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq, o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.


Xəbər xətti