Dövlət mətbuatı orqanları işçilərinə qoyulan bu qadağa aradan qaldırılır

Dövlət mətbuatı orqanlarının işçilərinin siyasi partiyanın üzvü olmasına qoyulan qadağa aradan qaldırılır.

Ucnoqta.az xəbər verir ki, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanundan fərqli olaraq yeni qanun layihəsinin ilkin variantında dövlət mətbuatı orqanlarının işçiləri üçün belə bir məhdudiyyət nəzərdə tutulmur.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinlərinin siyasi partiya üzvlüyünə qoyulan məhdudiyyət isə yeni qanun layihəsində də əksini tapıb.

Digər yenilik notariuslarla bağlıdır. Yeni qanun layihəsinə əsasən, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.

Hesablama Palatasının üzvləri də siyasi partiyanın üzvü ola bilməyəcəklər.///apa

Tarix
8 Sentyabr 2022 [15:13]
Müəllif
Üç nöqtə
2022-09-08 15:13:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin