"Barselona" Levandovski üçün 50 milyon verir, “Bavariya” isə ...

13:01 - 28 İyun 2022 - İDMAN

"Barselona" klubu  "Bavariya"nın hücumçusu Robert Levandovskinin transferində maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, "Sky Sport Deutschland"ın məlumatına görə, Münhen klubu artıq 33 yaşlı hücumçunu satmaq və təklif olunandan daha çox qazanc əldə etmək niyyətindədir. Bu səbəbdən “Bavariya” polşalının qiymətini qaldırmaq və uyğun bir əvəz tapmaq üçün zamanla oynayır. Hələlik Alman klubu "Barselona"nın ikinci təklifinə cavab verməyib. "Bavariya" hələ də hücumçu üçün 60 milyon avro almaq istəyir.

Qeyd edək ki, "Barselona" Levandovski üçün 50 milyon avro ödəməyə hazırdır və bu məbləğin müqaviləni başa çatdırmaq üçün kifayət edəcəyinə əmindir. Klub Levandovski üçün 60 milyon avronu onun yaşına və müqaviləsinin müddəti bitdiyinə görə həddindən artıq baha hesab edir.

Ötən mövsüm Robert Levandovski "Bavariya"nın heyətində bütün yarışlarda 50 matçda 46 qol vurub

Xəbər xətti