Sabah Azərbaycandan ilk zəvvar qrupu Həccə gedəcək

"Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə Bakı vaxtı iyunun 29-u saat 12:30-da yola düşəcək".

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, həmin təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər:

"Zəvvarların geri dönüşü isə hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq".

Vüsal Cahangiri deyib ki, Azərbaycandan ilk olaraq 180 zəvvar olmaqla, ümumilikdə 680 zəvvar ziyarət edəcək:

“Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanımdır, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

 

Tarix
28 İyun 2022 [11:10]
Müəllif
Üç nöqtə
2022-06-28 11:10:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin