Bakıda piyadanı öldürən sürücü ürəktutmadan keçinib - FOTO

07:00 - 26 İyun 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. 

Zabrat qəsəbəsində yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1989-cu il təvəllüdlü Ağayev Zaur Mehdi oğlunu “Toyota” markalı avtomobil vuraraq öldürüb.

Huşunu itirən sürücü daha sonra avtomobillə marketin yanındakı bankomata çırpılıb.
Hadisə şahidlərin köməkliyinə baxmayaraq sürücü ürəktutmasından hadisə yerində keçinib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.///apa


Xəbər xətti