"Akıncı" PUA-ları Bakıya eniş etdi - VİDEO

22:00 - 21 May 2022 - Xəbər

Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin Tvitter hesabında məlumat yayılıb.

Təxminən 2 min km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib. 
Festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan Bayraktar AKINCI Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib.

Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan AKINCI təxminən 5 saata Bakıya çatıb. Günorta saatlarında yola çıxan ikinci AKINCI da eyni marşrutu izləyib və təxminən 2000 km-lik uçuşu uğurla başa vurub. Uçuşlarını uğurla başa vuran Bayraktar AKINCI TİHA-lar Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

 

Xəbər xətti