Ucnoqta.az
www.ucnoqta.az

"Akıncı" PUA-ları Bakıya eniş etdi -<font color=red><b> VİDEO</b></font>

22:00 - 21 May 2022 tarixində dərc olunub.

Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin Tvitter hesabında məlumat yayılıb.

Təxminən 2 min km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib. 
Festivala qatılmaq üçün mayın 21-i səhər saatlarında Çorludan havaya qalxan Bayraktar AKINCI Türkiyə hava məkanını keçdikdən sonra uçuşunu Gürcüstan üzərində davam etdirib.

Gürcüstandan keçərək Azərbaycan hava məkanına daxil olan AKINCI təxminən 5 saata Bakıya çatıb. Günorta saatlarında yola çıxan ikinci AKINCI da eyni marşrutu izləyib və təxminən 2000 km-lik uçuşu uğurla başa vurub. Uçuşlarını uğurla başa vuran Bayraktar AKINCI TİHA-lar Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına enərək tarixi səyahətini başa vurub.

 

#TEKNOFESTAZƏRBAYCAN'da uçacak Bayraktar #AKINCI TİHA'lar Azerbaycan'da!

Çorlu'dan kalkan #AKINCI'lar, Gürcistan'ı geçerek Bakü'ye indi.
 

Müəllif: