Rasim Balayevə vəzifə verildi

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

İclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.

Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

May ayının son ongünlüyü içində (20-30 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.

Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dövlət başçısına müraciət edilməsinə dair qərar qəbul olunub.///unikal

 

Tarix
11 May 2022 [17:24]
Müəllif
Üç nöqtə
2022-05-11 17:24:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin