Bəhram KVN qalmaqalından DANIŞDI: “Müşviqdən soruşun ki, ...?”

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən "Şuşa” komandasının adınının "Buta” ilə əvəzlənməsiylə bağlı müzakirələr davam edir.

Komandanın rəhbəri, st və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər səngimək bilmir.
Sosial şəbəkə istifadəçiləri Müşviq Abbasovu boykot etməyə səsləyirlər.

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist, "Bakılı oğlanlar”, "KVN” teatrının aktyoru Bəhram Bağırzadə komandanın adının dəyişdirilməsi məsələsinə qarışmaq istəmədiyini bildirib:

"Mən xəstəyəm deyə bir çox mövzuya reaksiya verə bilmirəm. Söhbət 2000-ci ilin KVN-dən getsəydi, mən cavab verməyə hazır idim. Necə əsrin çempionu olmuşuq, bu barədə danışardım. Sonuncu dəfə 20 il bundan qabaq KVN-də oynamışam, artıq illərdir oynamıram. Komandanın adının dəyişdirilməsi ilə bağlı oradakı iştirakçılara, təşkilatçılara sual verilməlidir. Müşviqdən soruşun ki, "Ay Müşviq, niyə belə elədin?” O, cavab versə, lap yaxşı olar”.

Tarix
24 Yanvar 2022 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-24 16:25:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin