Karantin müddətinin azaldılmasının səbəbləri AÇIQLANIB

Azərbaycanda bu gündən test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.

Ucnoqta.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun sözlərinə görə, hazırda əksər dünya ölkələrində karantin müddəti 7 günə endirilib.

O qeyd edib ki, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir: "Bu müddətdən sonra isə xəstə digərlərini yoluxdurmur. Xatırlatmaq istəyirəm ki, bundan əvvəl də Amerikada xəstəliyi yüngül formalarda keçirənlərin karantin müddəti 7-10 gün, ağır formada keçirənlərin isə 14-21 gün idi. Yeni qərarın verilməsi “Omicron” ştamı ilə əlaqədardır:
"Düşünürəm ki, karantin müddətinin azaldılması düzgün addımdır”.

Tarix
24 Yanvar 2022 [14:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-01-24 14:44:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin