Qazaxıstanda zəlzələ oldu

16:28 - 23 Yanvar 2022 - DÜNYA

Qazaxıstanda seysmik stansiyalar şəbəkəsi bu gün ölkənin cənub-şərqində Almatı yaxınlığında 3,1 bal gücündə zəlzələ qeydə alıb.

Bu barədə Respublikanın seysmoloji eksperimental metodiki ekspedisiyasından məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:01-də qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 9,9 km cənubda yerləşib və 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.///unikal

Xəbər xətti