"Omicron" ştamının əlamətləri açıqlanıb

""Omicron” ştamı COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR burun-udlaq yaxma testləri virusu aşkar edir. Lakin aşkarlanmış koronavirusun “Omicron" ştamı olması daha mürəkkəb və bahalı olan sekvenləşmə metodu ilə müəyyən olunur”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O, “Omicron” ştamının spesifik simptomlarına aydınlıq gətirib: “Yeni ştamın spesifik simptomları yoxdur. Xəstəlik daha çox digər respirator virus infeksiyalarını xatırladır (əsasən subfebril hərarət, ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, bədəndə qırılmalar, boğazda qaşınma və ya ağrı hissi, quru öskürək, burun axması və ya tıxanması, bəzən mədə-bağırsaq əlamətləri -ürəkbulanma, qusma və s). Dad və iybilmənin itirilməsi daha az rast gəlinir. İndi “Omicron” və “Delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil”.

Tarix
14 Yanvar 2022 [12:30]
Müəllif
Üç nöqtə
2022-01-14 12:30:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin