Xarici dildə sözlərdən istifadə edən aktyorlar cərimələnəcək

12:17 - 13 Yanvar 2022 - Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrının aktyorları tamaşa zamanı xarici dildə olan sözlərdən istifadə etdikdə cərimələnəcək

Ucnoqta.az xəbər verir ki,Bakı Uşaq və Gənclər Teatrının direktoru- bədii rəhbəri, respublikanın əməkdar artisti İntiqam Soltan bəzi aktyorların tamaşa zamanı yerli-yersiz improvizə edərək hər hansı bir xarici dildə kəlmələrini işlətmələrini nəzərə alaraq əmr imzalayıb.

Belə ki, aktyorlar məşq zamanı improvizə etməklə hər hansı bir xarici dildə sözlərdən istifadə etdikdə 1 manat, tamaşa zamanı bu hal təkrar olunarsa 5 manat cərimə teatrın kassasına ödəməli olacaq.

Xarici dildə olan tamaşalara bu tətbiq olunmayacaq.

Xəbər xətti