Oğuzda yaşayış evi yanıb - FOTO

14:02 - 5 Dekabr 2021 - HADİSƏ

Oğuzda fərdi yaşayış evi yanıb.

Bu gün günorta saatlarında rayonun Padar kəndində, kənd sakini Leyla Bəxtiyar qızı Qasımova məxsus, ümumi sahəsi 88 kv/m olan, kürsülü birmərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və bir otaq içərisindəki əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///apa


Xəbər xətti