Füzulidə iki hərbçimiz minaya düşdü

13:59 - 28 Noyabr 2021 - HADİSƏ

Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Xəbər xətti