İsrail təyyarəsi ilk dəfə Səudiyyə Ərəbistanına uçub

14:36 - 27 Oktyabr 2021 - DÜNYA

İsrailə məxsus özəl təyyarə ilk dəfə Səudiyyə Ərəbistanına uçuş edib.

Ötən gün Təl-Əvivdən uçan təyyarə Ər-Riyad hava limanında enib.

Bir gün əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin "Royal Jet" çarter aviaşirkətinin təyyarəsi Ər-Riyaddan Təl-Əvivə uçuş həyata keçirmişdi.

Bu reys də Ər-Riyad-Təl-Əviv istiqamətində həyata keçirilmiş ilk ictimai uçuş olub.///trend

Xəbər xətti