Vilayət Eyvazov Rüstəm Usubovun kürəkəninə yeni VƏZİFƏ VERDİ

14:17 - 27 Oktyabr 2021 - Xəbər

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun kürəkənini vəzifədən çıxarıb.

Ucnoqta.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, nazirin əmri ilə paytaxtın Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Pərviz Abdinov vəzifəsindən çıxarılıb. P.Abdinov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi təyin edilib.

Əvvəllər Suraxanı RPİ-nin istintaqına rəhbərlik edən Pərviz Abdinov Rüstəm Usubovun bacısının əridir.
Nazirin digər əmri ilə Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi Rüfət İbayev Pərviz Abdinovun yerinə təyin edilib.

Xəbər xətti