DYP-dən “saxla” əmrinə tabe olmayan sürücülərə XƏBƏRDARLIQ

“Bakı Şəhər Dövlət Yol Polisi polisin “saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.

Bu barədə Ucnoqta.az-a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır: “Bu cür hallar daha sonra polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.”.

“Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur”, - deyə idarə rəsmisi qeyd edib.

Tarix
22 Oktyabr 2021 [11:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-22 11:26:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin