"Delta" ştammı qrip simptomları ilə oxşardır" - Baş infeksionist

“Hava-damcı infeksiyaları yuxarı və aşağı tənəffüs orqanlarını zədələyir”.

Ucnoqta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib. O bildirib ki, bu infeksiyaların hamısında eyni simptomlar görünür: “Koronavirusun əvvəlki ştammında quru öskürək var idi, iy və dadbilmə qabiliyyəti itirdi. "Delta" ştammı isə daha çox qrip, digər respirator infeksiyaların simptomları ilə oxşardır. "Delta" ştammında inkubasiya dövrü daha azdır. Bəzi xəstələrdə xəstəlik daha tez aqressivləşir. Yoluxuculuq qabiliyyəti yüksək olduğuna görə daha çox ailə üzvləri xəstələnir. Əvvəllər ailədə bir nəfərə yoluxurdusa, indi bir çoxu yoluxur. Payız-qış aylarında yoluxma sayının artacağını proqnozlaşdırmışdıq. Tədris bərpa olunub, böyük yumşalmalara gedilib. Açılışa rəğmən bəzi faktorlar artıma kömək edir. İnsanlar hava şəraiti ilə əlaqədar daha çox qapalı məkanlarda olurlar. “Delta” ştammının yoluxduruculuğu çoxdur. Nəzərə alaq ki, uşaqların çoxu peyvənd olunmayıb”.

Mütəxəssis qeyd edib ki, bu gün vəziyyətin ağırlığını yalnız yoluxma sayı müəyyən etmir: “Əsas faktorlardan biri xəstəxanalarda çarpayıların nə qədər dolu olmasıdır. Müəyyən vaxt sonra ola bilər ki, yoluxma sayı yox, yoluxanlardan nə qədərinin ağır keçirdiyi önəm daşısın. Bu tendensiya davam edir”.

Tarix
20 Oktyabr 2021 [15:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 15:45:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin