Şuşa və Bakı arasında ilk zəng həyata keçirilib

23:00 - 16 Oktyabr 2021 - ÖLKƏ İÇİ

Bu gün Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri və Bakı arasında sabit telefon rabitəsinin istifadəyə verilməsi ilə bağlı ilk zəng testi uğurla həyata keçirildi.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirlik işğaldan azad edilmiş digər şəhər, rayon və kəndlərdə yurd-yuvasına qayıdacaq vətəndaşlarımızı yüksək keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək istiqamətində işlərin sürətlə davam etdiriləcəyini bildirib.

Xəbər xətti