Sumqayıt sakini Qusarda heroinlə saxlanılıb - Foto

12:33 - 26 Sentyabr 2021 - HADİSƏ

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcovu saxlayıblar. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.

Xəbər xətti