"Susmaq özü də bir cavabdır" - Şeyxin müavini

16:24 - 22 Sentyabr 2021 - Xəbər

İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amilinin öz cümə xütbəsində Azərbaycanı hədələməsi böyük ajiotaja səbəb oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru, “Heydər”  Məscidinin rəhbəri Hacı Sabir Həsənli  məsələyə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, o, Manset.az-a açıqlamasında bunları deyib:

“Əlbətdə, bu bəyənilməyən fikirlərdir. İslam dünyasında ziddiyətlər yaradan fikirlədir. Azərbaycanla İran münasibətləri  hardasa zəyif tərəfləri olsa da, bu formada biruzə verilməyib. Son dövrlər İran maşınlarının Ermənistan tərəfə naməlum yüklər daşıması,  kütləvi şəkildə get-gəlləri, İran din xadimlərinin müəyyən mövqeləri Azərbaycan tərəfdə təəssüf hissi yaradıb.”

“Məlumdur ki, bu məsələlər onları hiddətləndirib. Ancaq bu düzgün deyil.  Bizi heç kəs təhdid edə bilməz. Vətən müharibəsi əlsində belə fikirlərə cavabdır.  30 ildir ki, biz gözləyirdik, zaman gəldi və məsələni həll etdik. Düzdür, şəhidlər verdik, qazilərimiz var. Düşmən Qarabağı da alt-üst edib. Təbii ki, bunlar ermənilərin səhv addımı idi.”

“Amalinin bu ifadələrinin hakimiyyətin mövqelərini ifadə etməsi məsələsinə  şübhəsiz ki, din xadimləri  siyasi bağlarla bağlıdırlar. Ola bilər, İranın rəsmiləri başqa mövqedən çıxış edə bilərlər, diplomatiya naminə, bu başqadır. Ayətullah Seyid Həsən Amili olan münasibəti deyib.”

“Qaldı ki, Şeyx həzrətlərinin bu mövzuya  münasibətinə , Amali Şeyx statusunda olan adam deyil. Şeyx bir nəfərdir. Amali kimdir ki, Şeyx ona cavab versin.  İrandan onlarla belə münasibət bildirilə bilər. Bəzən susmaq özü də bir cavabdır.”

 

Xəbər xətti