Türkiyə-İran sərhədi açılıb

22:13 - 16 Sentyabr 2021 - DÜNYA

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, sentyabrın 16-dan etibarən Kapıköy sərhəd-keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin gediş-gəlişi bərpa olunub.

Bildirilib ki, keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün olacaq.

Bundan əlavə, Gürbulak və Esendere sərhəd-keçid məntəqələrindən də buraxılış bərpa olunub.

Xəbər xətti