Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

“Üç qardaş - 2021”: Xüsusi təyinatlılar hava desant hazırlığı məşqləri ediblər

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər keçilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin planına əsasən, hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Tarix
14 Sentyabr 2021 [22:20]
Müəllif
Üç nöqtə
2021-09-14 22:20:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin