Ana səhifə Mobil versiya
26 Sentyabr 2021

Sabahdan “Aİ-95” və “Aİ-98” benzinin qiyməti bahalaşacaq

Azərbaycanda sabahdan etibarən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik ediləcək.

“Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN təşkil edəcək.

Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub. 

Qeyd edək ki, “Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymətinin artması onun idxal dəyərinə və eləcə də respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir. 

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.///oxu.az

Tarix
14 Sentyabr 2021 [21:49]
Müəllif
Üç nöqtə
2021-09-14 21:49:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin