Ana səhifə Mobil versiya
23 Sentyabr 2021

Bakıda xadimə işləyən anasını qəddarlıqla öldürən oğul həbs edildi

2021-ci il martın 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən çayxanada xadimə işləyən Mahirə Baxşiyevanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Xətai rayon Prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Zamin Baxşiyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mahirə Baxşiyevanı məişət təyinatlı turistik bıçaqla vuraraq xüsusi amansızlıqla - müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ümumilikdə 35 bədən xəsarəti yetirib qəsdən öldürüb.

Zamin Baxşiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
21 İyun 2021 [16:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-21 16:59:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin