Arif Quliyevlə vida mərasimi keçirilir - FOTO

10:38 - 7 May 2021 - Mədəniyyət

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.

Mərhumun cənazəsi yaşadığı evə gətirilib.

Hazırda binanın həyətində A.Quliyevlə vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.///report


Xəbər xətti