Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb

11:36 - 7 Mart 2021 - DÜNYA

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 23 306 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 882 408 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 170 nəfər ölüb, ölənlərin ümumi sayı 88 444 nəfər təşkil edir.

Xəbər xətti