Xaricdən sifariş verilən 300 dollarlıq mal limiti artırıla bilərmi?- DGK sədri

12:42 - 4 Mart 2021 - Xəbər

Xaricdən sifariş verilən 300 dollarlıq mal limitinə daxil olan xərclər yalnız çatdırılma haqqıdır ki, bunun da həcmi elə də çox deyil, bir bağlama üçün 3-5 dollar təşkil edir.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev xarici ticarətlə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu qərara qədər idxal və ya elektron sifariş vasitəsilə sifarişin 85-87%-i 300 dollar həcmini ötmürdü.

“Bu 300 dollar həcmi də, dəfələrlə demişik ki, regionda digər ölkələrlə müqayisədə normal rəqəmdir. 4 nəfərdən ibarət ailə düşünsək, ay ərzində 1200 dollar həcmində mal sifariş vermək hüququ var. Bir ailənin gəlirlərini də hesablayanda bəlli olur ki, bu yanaşma normaldır. Amma hökumət qərar verərsə 300 dolları 500 dollar və ya 100 dollar edək bizim işimiz qərarları icra etməkdir”, - deyə S.Mehdiyev əlavə edib.///baku.ws

Xəbər xətti