Bakıda restoranda yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda hər mərtəbəsi 265 m² olan dördmərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi mansarda tipli binanın 4-cü mərtəbəsində yerləşən restoranın dəhlizinin tavanı 5 m² sahədə və mansardasının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Ucnoqta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş sahəyə yayılmasının qarşısı alınıb. Restoranın qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Tarix
3 Mart 2021 [16:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-03 16:41:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin