Azərbaycanda son sutkada 218 nəfər COVID-19-a yoluxub

17:04 - 21 Yanvar 2021 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 309, bu günə qədər isə ümumilikdə 2 341 807 test icra olunub.


Xəbər xətti