“Azəriqaz”la əməkdaşlıq etmiş şirkət ləğv olunur

09:52 - 19 Yanvar 2021 - Xəbər

“Azqazservis” MMC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 95 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Azqazservis” MMC 2009-cu ildə yaradılıb. Şirkət vaxtilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ilə əməkdaşlıq edib, qaz abunəçilərinin sayğac göstəricilərinin çıxarılması, bildirişlərin paylanması, qazdan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması ilə məşğul olub.

Xəbər xətti