"Əgər məndə səhv axtarırsızsa, ..."- Röya onu qınayanlara cavab verdi

11:22 - 5 Yanvar 2021 - MAQAZİN

Xalq artisti Röya Ayxan Yeni il gecəsi əyləncəli videosuna görə sosial şəbəkələrdə onun ünvanına yazılan tənqidlərə cavab verib.

“Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində açıqlama yayaraq qınanılası hərəkət sərgiləmədiyini bildirib:
“Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə...
O zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa,  əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın!
Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz”.

Xəbər xətti