Virusa yoluxan gənclərin sayı artıb

“Son yoluxan xəstələr arasında yaş qruplarına görə bölgü aparsaq, görərik ki, 20-40 yaş arası yoluxanların sayı artıb”.

Bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

Həkim qeyd edib ki, yaşlılardakı yoluxma halları öz tendensiyasını qoruyur. Həmçinin gənclər arasında  yoluxma ilə yanaşı xəstəliyi ağır keçirmə faizi də artıb. Uşaqlarda isə yoluxma sayının artışı ilə bağlı dəyişiklik hiss olunmur.

“İnsanlar artıq evdə müalicəni kütləviləşdirməyə başlayıblar. Lakin belə müalicə qətiyyən yolverilməzdir. Çünki ağızdan və ya damar yolu ilə vücuda daxil edilən hər hansı dərman kimyəvi preparatdır. Bunun klinik fəsadları ola, hətta ölümə gətirib çıxara bilər. Həkim müayinə və müalicəsi olmadan müalicəyə başlanılmamalıdır. Evdə müalicə fəsad verməsə belə xəstəliyin klinik gedişatını gizləmiş və dəyişmiş olur”, F. Sədirov vurğulayıb.

Həkim bildirib ki, evdə həkim nəzarəti olmadan özbaşına dərman vasitələrdən istifadə edərək müalicə alan və ağırlaşan xəstələr var: “Həkim müayinəsi olmadan özünü müalicə etmək olmaz. Bunlar bizim üçün çox ciddi problem yaradır. Əgər xəstə özündə müəyyən əlamətlər hiss edirsə, bunu həkimə müraciət edərək “COVID”  və ya qrip olduğunu ayırd edə bilər”. ///qafqazinfo
 

Tarix
20 Oktyabr 2020 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-10-20 16:26:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin