Bakının mərkəzində binanın damı uçdu - Video

15:36 - 19 Sentyabr 2020 - Xəbər

Bakının “Tarqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb. 

Bununla bağlı bina sakinləri Oxu.Az-a görüntülər və məlumat göndərib.  Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:

“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.

Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.

Xəbər xətti