İlham Əliyev: “Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir”

Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir.

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Neftçilərin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı Dövlət Neft Şirkətində işlədiyi illəri xatırladaraq deyib ki, o zaman əldə etdiyi təcrübə onun üçün çox qiymətlidir.

Görkəmli neftçilərimizlə, o cümlədən əfsanəvi neftçi Qurban Abbasovla bir yerdə işlədiyini söyləyən Prezident İlham Əliyev onu çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli mütəxəssis kimi xarakterizə edib. Vurğulayıb ki, bu nəhəng kran gəmisi onun adını daşıyır.

Akademik Xoşbəxt Yusifzadənin də xidmətlərini qeyd edən dövlətimizin başçısı deyib ki, Dövlət Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük və bu gün də görüşürük.///AzərTAC

Tarix
19 Sentyabr 2020 [14:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-09-19 14:14:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin