Abşeronda ikimərtəbəli tikilidə yanğın olub

15:56 - 29 Avqust 2020 - HADİSƏ

Abşeron rayonunda ümumi sahəsi 200 kvadratmetr olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin birinci mərtəbəsinə yığılan ev əşyaları 70 kvadratmetr sahədə yanıb.


Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, tikili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Xəbər xətti