Dəmlikdə qalan köhnə çayı əsla atmayın!- FAYDALARI

19:41 - 10 Avqust 2020 - DİGƏR

Dəmlikdə qalan çayın faydasını bilmədən onu zibil qutusuna boşaldırıq. Şişkin gözə yaxşı təsir etməsi ilə bərabər dəm çayının digər faydaları da var.

Ucnoqta.az sağlamheyat.az-a istinadən dəmlikdə qalan çayın daha nələrə xeyirli olduğunu təqdim edir:

Saçınız parıltılı deyilsə, onda saçınızı şampunladıqdan sonra son su olaraq bir çaydan ilıq çayla saçınızı yuyun. Saçınızın necə parıldadığın şahidi olacaqsınız.
Əgər ayaqlarınız qoxu verirsə, onda ilıq çay ilə dolu bir ləyənə ayaqlarınızı salın və hər axşam yatmamışdan qabaq 10 dəqiqə saxlayın. Ayaqlarınızın qoxusu aradan qalxacaq.

Çayın qalıqlarını süzün və soyuyan dəmi boğaz ağrılarının qarşısını almaq üçün qarqara olaraq da istifadə edə bilərsiniz.
Dəriniz çox yağlıdırsa, duşdan çıxmadan əvvəl son su olaraq bir çaydan çay ilə bədəninizi ovuşturun, balzam əvəzi istifadə edin.
Çayı, dərinizdəki yaraların təmizlənməsi və antibiotik təsiri bağışlaması üçün pambıqla yaranın üzərinə sürtərək istifadə edə bilərsiniz.

Balıq, yaxud soğan təmizləmisiniz və əllərinizi sabunla yumusunuz, ancaq balıq qoxu əllərinizdən getməyib. Onda köməyə yenə dəmli çay gəlir. Əlinizi dəmli çayla yuyun və qoxunun aradan gedəcək.

Gözünüzdə itdirsəyi varsa onda qaynamış çayı qoyub buxarı gözünüzə düşəcək vəziyyətdə durun, başınızı üstünə qoyun. Ya da ilıq çaya batırılmış pambığı gözlərinizə və ətrafına sürtün.
Soyuducunuz qoxu verirsə dəmlikdə qalmış çay qalıqlarını qurudub bir qab içində soyuducunun orta rəfinə yerləşdirin və qoxudan əsər əlamət qalmayacaq. ///habervaktim

Xəbər xətti