Çinli həkimlər koronavirusla mübarizə üçün Azərbaycana gəlir

Çinin koronavirusla mübarizə sahəsində ixtisaslaşmış həkimləri ölkəmizdə pandemiya ilə mübarizəyə cəlb ediləcək.

Bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib

Ə.Əsədov bildirib: “Sizin və hörmətli Mehriban xanımın göstərişi ilə Türkiyə, Rusiya və Kubadan olan böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətin Azərbaycana gətirilməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası Hökuməti ilə aparılmış danışıqlara və müraciətimizə müvafiq olaraq Çinin bu sahədə ixtisaslaşmış həkimləri və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək.

Sizin həkimlərin əməyinə və fədakarlığına daim yüksək qiymət verməyinizin ifadəsi olaraq imzaladığınız Sərəncama əsasən koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əməkhaqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunub. Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb”.///trend

 

Tarix
16 İyul 2020 [09:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-16 09:50:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin