“Oqtay Şirəliyev pandemiya ilə mübarizə işində aktiv iştirak edir"- Açıqlama

18:35 - 10 İyul 2020 - Xəbər

“Səhiyyə naziri Oqtay Şirəliyevin sağlamlığında heç bir problem yoxdur və o, hazırda işinin başındadır”. 

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Oqtay Şirəliyev ölkədəki pandemiya ilə mübarizə işində aktiv iştirak edir. Nazir mütəmadi şəkildə həm ictimaiyyət qarşısına çıxır, həm də televiziya verilişlərində olur. Bir sözlə, Səhiyyə Nazirliyi ilə ictimaiyyət arasında əlaqə daim mövcuddur”- deyə N.Zeynalov bildirib.///report

Xəbər xətti